Bələdçilər qonaqlara məlumat veriblər ki, kompleks 2000-ci ildə inşa edilib və burada həmçinin 2010-cu il ixtişaşlarında həlak olmuş şəxslər də dəfn olunub.
TAİB nümayəndələri yazıçı Çingiz Aytmatovun məzarına tər güllər qoyub, onun ruhunu ehtiramla anıblar. Muzeyi ziyarət zamanı TAİB nümayəndələrini 1937-38-ci illərdə həyata keçirilmiş repressiyalara dair bir çox tarixi faktlarla tanış ediblər.
Qeyd edək ki, Çingiz Aytmatovun atası Torekul Aytmatov da 1938-ci ildə NKVD əsgərləri tərəfindən gizli şəkildə güllənib. Onun cəsədinin qalıqları yalnız 1990-cı ildə aşkar olunaraq Ata-Beyit Milli Tarix-Memorial Kompleksində basdırılıb. Çingiz Aytmatdov vəsiyyət edib ki, onu da atasının uyuduğu kompleksdə dəfn etsinlər.














