Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer Van Damm sosial şəbəkədə yeni paylaşım edib. 

Onun azərbaycanlı həyat yoldaşı, pianoçu Suada Hacızadə ilə evliliyinin bir ili tamam olub. Bu münasibətlə Kris Suada ilə yeni videosunu yayımlayıb.
O, həyat yoldaşı ilə paylaşıdığı görüntülərinə "Hələ də inana bilmirəm ki, biz səninlə bir ildir evliyik, həyatımın sevgisi" sözlərini əlavə edib.

Qeyd edək ki, cütlük ötən ilin iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Bir müddət əvvəl Suadanın Azərbaycanda xına mərasimi baş tutub. Kristofer xına məclisinə onlayn bağlanıb. Mərasimdə cütlüyün nikahından lentə alınan kadrlar nümayiş olunub. 



скачать dle 12.1