Hərbçilərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında gərginlik davam edir.
Ötən həftə ehtiyatda olan polkovnik Üzeyir Cəfərov saytımıza açıqlamasında artıq ehtiyatda olan bəzi hərbi qulluqçuların iddialarının məhkəmə tərəfindən təmin olunduğunu açıqlamışdı. Onun sözlərinə görə, bəzi narazı hərbçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəmə iddiası təmin edilsə də, qətnamələr icra olunmur.
Maraqlıdır, neçə narazı hərbçi nazirlikdən məhkəməyə şikayət edib? DİA.AZ xəbər verir ki, bununla bağlı Cebhe.info-ya açıqlama verən hüquqşünas, polkovnik-leytenant İlqar Allahverdiyev deyib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçi olan kifayət qədər çox sayda ehtiyatda olan hərbi qulluqçu var:
“Bütün respublika üzrə bizə müraciət edən hərbi qulluqçuların sayı çoxdur. Hətta mənə gün ərzində 10-15 nəfər müraciət edir. İndiyə qədər təkcə 250 nəfərdən çox şikayətçi yardım üçün bizə müraciət edib. Biz bu işi könüllü, ictimai əsaslarla görürük. Yəni ehtiyatda və istefada olan hərbçilərə hüquqi yardım göstəririk. Onları maarifləndirərək, hüquqlarını başa salır və istiqamət veririk. Amma inzibati məhkəmələr respublikanın müxtəlif zonalarında yerləşir və bu işlərə həmin məhkəmələrdə baxılır. Buna görə də hansı bölgədən neçə nəfərin müraciət etdiyini hələ tam dəqiqləşdirməmişik. Hazırda mən və başqa zabitlərlə bağlı da məhkəmə işləri davam etdirilir. Bu inzibati işlərdə məhkəmələr tərəfindən işə baxılmasının müddəti təyin olunmur. Ona görə də bu proses uzanır”.
O bildirib ki, iddiası təmin olunan hərbçilər var, lakin onlar məhkəmədə qalib gəlsələr də, qərar icra olunmur.
Qarabağı qurtaranlar yenidən SAVAŞDA... - Bu dəfə Sahil Babayevlə qarşı-qarşıya...
22
iyun
11:02
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev