Anar Qədiməliyev hələ Gəncə Şəhər Təhsil İdarəsinin müdiri postunu tutarkən ondan yetərincə şikayətlər mövcud idi. Amma buna rəğmən Qədiməliyevə inanan "yuxarılar" ondan edilən şikayətləri qulaqardına vurdular və nəhayətdə onun vəzifəsi daha da böyüdüldü... Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri postu Anar müəllimə havlə olundu.
DİA.AZ bildirir ki, təbii olaraq belə bir etimadın ardından Anar Qədiməliyev də istədiyini etməli idi. Çünki onun özündə də əminlik yarandı ki, etdiyi özbaşınalıqların mükafatı olaraq onu vəzifə pilləsində yüksəldənlər bundan sonrakı qanunsuzluqlarına da göz yumacaqlar. Və beləcə də Gəncə təhsilini batırmaqda olan Anar Qədiməliyev hazırda bütünlükdə olaraq bütöv bir regionda təhsil sisteminin evini yıxmaqla məşğuldur.
Bunun da nəticəsi olaraq bu gün Gəncə təhsili ilə bağlı DİA.AZ-a sanki cəbhə xəttindən gəlkirmiş kimi neqativ olayları ifadə edən xəbərlər gəlməkdədir.
Redaksiyamıza Gəncədən verilən məlumatlara görə, özünün haqsız tələbləri ilə Gəncə şəhər 1 saylı tam orta məktəbini direktoru Mətanət Qarayevanı boğaza yığan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev nəhayətdə istəyinə çatıb, müəlliməni intihar həddinə çatdırıb.
Bu barədə DİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə, hazırda Göygöl xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilən Mətanət Qarayevanın durumu ağırdır: "İntihar edən məktəb direktorunun səhhəti ağırdır və ciddi həkim nəzarəti altındadır".
Əlavə bilgilərimiz olacaq. Olayla əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Anar Qədiməliyev məktəb direktorunu İNTİHARA VADAR ETDİ - Gəncədə ŞOK OLAY
22
iyun
11:26
Qarabağ
KOMMENTLƏR
Azərbaycanda vəzifəli şəxs COVID-19-a yoluxdu
Gəncədə qoyulan qadağanın ƏKS-SƏDASI... - İLGİNC İDDİA
Gəncədə məktəb direktorları saçyoldusuna çıxıblar.-Anar Qədiməliyev haqqında iddialar…
Anar Qədiməliyevin özbaşınalığı niyə cəzasız qalır? - ETİRAZ
Gəncə təhsilində RƏSMƏN ÖZBAŞINALIQDIR... - İLGİNC İDDİALAR...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı