Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev koronavirusa yoluxub.
Bu barədə baku.ws-ə Anar Qədiməliyev özü məlumat verib.
Onun sözlərinə görə, hazırda ev şəraitində müalicə alır.
"Hazırda ev şəraitində müalicə alıram. Müalicəmin onuncu günüdür. Şükürlər olsun, səhhətim normaldır, müalicə prosesim davam edir", - deyə idarə müdiri bildirib.
Məlumat üçün qeyd edək ki, Anar Qədiməliyev cari ilin iyul ayının 20-dən Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsini icra edir.скачать dle 12.1