Bu ilin 17-28 oktyabr tarixlərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” təlimi keçiriləcək. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Türkiyədə təlimin ilk planlama iclası baş tutub. İclasa Türkiyə, Azərbaycan və Gürcüstan nümayəndələri qatılıb.