Yarandığı gündən bəri Bakı Nəqliyyat Agentliyinin (BNA) işçiləri qeyri-adekvat açıqlamalarla ictimaiyyətin diqqətini cəlb etməyi bacarıblar. Bunun əsas səbəbi Bakının ictimai nəqliyyat sisteminin inkişafı vəzifəsi həvalə edilmiş BNA-da səriştəli kadrların çatışmazlığıdır.
Və son hadisə yalnız Bakı əhalisinin öz yerində olmayan nəqliyyat məmurlarından nə qədər əziyyət çəkdiyini təsdiqləyir. Belə ki, ARB telekanalının efirində BNA-nın hüquq şöbəsinin müdiri Hikmət Babayev taksilərdən gəlirli insanların istifadə edilməli olduğunu söylədi.
“Taksi xidmətlərinin qiymətləri, demək olar ki, avtobusun qiymətlərinə bərabərdir. Taksi xidmətlərindən əvvəllər olduğu kimi imkanı olan insanlar istifadə etməlidir", - dedi Babayev.
Onun fikrincə, müntəzəm sərnişin daşınmasının mövcudluğunu nəzərə alaraq, taksiləri gündəlik istifadə olunan bir vasitəyə çevirmək yanlışdır.
BNA təmsilçisinin bu sözləri sosial media istifadəçiləri arasında hiddət doğurdu. Doğrudur, sonra Babayevin işdən çıxarıldığı açıqlandı. Yenə də vətəndaşların narazılığı səngimədir.
Sosial şəbəkə istifadəçilərinə görə, BNA bir dövlət qurumu olaraq vətəndaşların rifah halının pisləşməsi üçün yox, yaxşılaşması üçün çalışmalıdır. İstifadəçilərin onun qalmaqallı ifadəsi səbəbindən tənqid etməyə başladıqlarına görə Babayev “Facebook” sosial şəbəkəsindəki profilini bağlamalı oldu.
Əslində, yuxarıda sözü gedən ifadə ilə BNA nümayəndəsi ümidsizlikdən taksi xidmətləri ilə məşğul olmağa başlayan minlərlə avtomobil sahibini də təhqir etmiş olur. Cəmiyyətdə taksi xidmətlərinə böyük tələbat varsa, bu, ilk növbədə insanların Bakıda avtobusların sərnişin daşınmasından narazı olmalarının da göstəricisidir.
BNA-nın səyləri nəticəsində sərnişinlər təyinat nöqtəsinə bir neçə avtobus marşrutunu dəyişdirərək çata bilirlər. BNA yaranmazdan əvvəl sərnişinlər bir avtobus marşrutu ilə Bakının bir tərəfindən o biri tərəfinə gedə bilirdilər. Əslində, avtobus marşrutlarını “optimallaşdırmaqla”, səhlənkar nəqliyyat məmurları taksi xidmətlərinin əhali arasında populyarlığını əhəmiyyətli dərəcədə artırdılar.
İndi isə H.Babayevin açıqlamasına əsasən, BNA taksi xidmətlərinin göstərilməsində inhisarçılığın bərqərar olmasının tərəfdarıdır. Bildiyiniz kimi, BNA bu yaxınlarda, 1 ədədi dövlətə 130 min manata başa gəlməklə, salonuna 6 nəfər adam sığan 100 "London taksisi" satın aldı. Belə anlaşılır ki, BNA-nın bu xərcləri ödəməsi lazımdır.
Amma şəhərdə olan böyük rəqabət şəraitində bunu etmək son dərəcə çətindir. BNA-nın taksi bazarını inhisara almaq planları həyata keçirilərsə, bu plan taksi ilə sərnişindaşıma sahəsində tariflərin artmasına səbəb olacaq. Həm də xüsusi taksi sürücülüyü ilə məşğul olan şəxslər yeganə gəlir mənbələrindən məhrum olma təhlükəsi ilə üzləşəcəklər. BNA-nın istədiyi budur?
BNA, nə istəyirsiz: Yeni işsizlər ordusu və qiymə
06
sentyabr
09:50
Qarabağ
KOMMENTLƏR
BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan sərt açıqlama
Avtobuslarda gediş haqqı 50 qəpik olacaq? - Açıqlama
Taksi qiymətlərindən razısınız? - VİDEO
“O BNA-çının maşınını alın, işə avtobusla gedib-gəlsin” - Sabiq deputat
Ekspertdən BNA-ya AĞIR İTTİHAM... - "Quldurluğa “konsepsiya” adı qoyublar..."
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı