“O BNA-çının avtomobilini alın. İşə avtobusla gedib-gəlsin. Yoxsa, xeyri yoxdur. Hər gün xalqın da, dövlətin də, iqtidarın da ziyanına bir qərar verəcək”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisiin sabiq deputatı Gülər Mikayılqızı sosial şəbəkədə yazıb. O, Bakı Nəqliyyat Agentliyi (BNA) rəsmisinin çıxışında irəli sürdüyü fikirlərin yanlış olduğunu bildirib:
“Bizim ölkədə ədalətli və sağlam məntiqli davranışı yalnız bir yolla bərqərar etmək olar. Hər verdiyin qərarı özünə tətbiq etməklə…
Bu müasir menecerləri Sabunçu, Binəqədi, Xəzər, rayonlarının kasıb məhlələrinə aparmaq lazımdır. Yoxsa elə bilirlər ki, Bakıdakı yollar hamısı Neftçilər prospektidir, millətin də arvad-uşağı, qocası bunların evindəki kimi. Biri bundan soruşsun ki, əlil arabasında gəzənlər üçün neçə avtobusun var? Həmin avtobuslar gecəqondu tikilmiş, asfaltsız əyri-müyrü neçə küçəyə girir? Bütün əlil arabaları hərəkət üçün "badımcan taksi"dən istifadə edir, bilirsiniz? Əlillərin pensiyasının məbləğindən xəbəriniz var? Yenə yazım? Öz arşınınızla ölçməyin. Sizin kimi yaşamayan minlərlə adam var ölkədə. Bu qədər bəsdir...”
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev ötən gün taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışıb. BNA rəsmisi çıxışında “taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” sözlərini işlədib.
“O BNA-çının maşınını alın, işə avtobusla gedib-gəlsin” - Sabiq deputat
03
sentyabr
14:11

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat