Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
Bu barədə FHN-ə istinadən xəbər verir.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
xxx
00:59
Paytaxtın Nəsimi rayonundakı tikililərin birində güclü yanğın başlayıb.
Yanğın "28 May" ərazisindəki Qış Parkı yaxınlığında baş verib. 
Güclü külək yanğını daha da şiddətləndirib. Əraziyə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.