Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Azərbaycanın mədəniyyət paytaxtında tamaşa nümayiş etdirib.
Teatr M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını səhnəyə qoyub.
Tamaşa Qala şəhərin Tut bağı adlanan ərazisində açıq havada təqdim olunub.
Qeyd edək ki, bu, Şuşa işğaldan azad olunandan sonra şəhərdə nümayiş etdirilən ilk səhnə əsəridir. Ümumilikdə isə Şuşa Dövlət Musiqili Dram Teatrı 73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdirib.
Qeyd edək ki, 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişdirilərək Şuşa Dövlət Musiqili Dram Teatrı olub. Mədəniyyət ocağına Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb.
Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər.
Azərbaycan Nazirlər Kabineti 1990-cı il 11 may tarixində mədəniyyət ocağının bərpa olunması barədə qərar verib.
1992-ci ilin mayın 8-də erməni quldurları Şuşa şəhərini işğal edəndən sonra teatr Bakıda - Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb. Teatr 1993-cü il fevralın 13-də Bakıda ilk tamaşası olan Üzeyir Hacıbəyovun "Arşın mal alan” musiqili əsərini səhnəyə qoyub.
Şuşa teatrı hazırda Bakıdakı "Savalan” kinoteatrının binasında fəaliyyət göstərir.
Şuşada “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş etdirilib
29
iyun
16:49
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev