Son vaxtlar küçələrdə, xüsusən də metro çıxışlarında, bir sözlə əhalinin qələbəlik olduğu yerlərdə 3 dənəsi 9 manata satılan toyuq ətlərinə çox sıx rast gəlinir. Əhali də, bu “kampaniya”dan yararlanır.
Hazırda supermarketlərdə toyuq ətinin bir kiloqramı 6-7 manatdan aşağı deyil. Bu zaman da üçü, doqquz manata satılan məhsulun mənşəyi haqqında ağıllarda bir xeyli sual yaranır. Belə ət məhsullarının keyfiyyəti məsələsi bir dərd, saxlanma və satış şəraiti isə başqa dərddir...
Məsələ ilə bağlı Qida Təhlükəsi Agentliyinin(AQTA) mətbuat katibi Aysel Fərzəliyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, sözügedən məhsullar küçə ticarətinə aid olduğundan Agentlik buna nəzarət etmir. Mövzu Bakı şəhər İcra Hakimiyyətinin nəzarətindədir.
Bakı şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov isə deyir ki, keyfiyyətlə bağlı məsələlərdə icra orqanı cavabdeh deyil. Küçə ticarətinə gəldikdə isə, bu da müvafiq rayonun polisinin və İcra hakimiyyətinin öhdəliyindədir.
Qida texnoloqu Ağa Salamov isə bildirir ki, məhsulun harada satılmağından asılı olmayaraq AQTA onun keyfiyyətini yoxlamalıdır. Ekspertin sözlərinə görə, toyuqların ucuz olmasına əsas səbəb yaşı keçmiş olmalarıdır:
“Hesab edirəm ki, bu toyuqlar, yumurtalıq olaraq yetişdirilirlər. Müvafiq kəsim dövrünü keçən heyvan ətinin satışı və yeyilməsi doğru deyil. Yarka (kəsim) dövründən sonrakı mərhələ ya xoruz, ya da toyuq dövrü olur. Belə həddi buluğa çatan quş ətləri isə yeyilmək üçün əlverişli deyil”.
Bakıda 3 ədədi 9 manata satılan toyuqlar haradan gətirilir? - AÇIQLAMA
06
iyul
16:51
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev