Bu gün bir sıra mətbuat orqanlarında ATV-nin tanınmış aparıcısı Lalə Azərtaşın “Xəzər TV”yə keçməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı aparıcı öz “İnstagram” səhifəsində videomüraciət yayaraq, məlumatın yanlış olduğunu, bildirib:
“Bəli 18 ildir ki, ATV-də xəbər aparıcısı kimi formalaşmışam. ATV mənim ailəmdir, birinci evimdir. Amma bu o demək deyil ki, bundan sonra daha 18 il də ATV-də işləməliyəm. Təbii ki, zamanla öz hədəflərimizə çatmaq üçün iş yerlərimizi dəyişə bilərik. Mən də bir gün ATV-dən gedə bilərəm”.
Lalə Azərtaş nə vaxtsa “Xəzər TV”yə keçəcəyini də istisna etməyib:
“Bu gün “Xəzər TV”ni seçən aparıcılar çoxdur. Bu kanalın rəhbəri Murad Dadaşov bizim xalqımızın sevimlisi, mənim dostum, qardaşımdır. O, televiziyanı necə inkişaf etdirməyin yolunu, onun ən xırda elementlərini bilir. Hər şey göz qabağındadır. “Xəzər TV” teleməkanda ən öndə gedən kanallardan biri, hətta deyərdim birincisidir, çünki daim yeniliklər edir. Bunun üçün də mən də “Xəzər TV”nin efirində görünə bilərəm bu, mümkündür. Amma mən hazırda ATV-də, işimin başındayam”.
“ATV-dən getməmişəm, amma ..."
07
sentyabr
17:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat