“İntihar edən qazi Elvin Cəfərov əvvəlki dövrlərdə dəfələrlə qəbulumda olub. Nə vaxt gəlibsə, qəbul etmişəm. Son zamanlar ondan xəbərim olmayıb. Elvin Cəfərovun nə tələbi olubsa, hamısı həyata keçirilib, qayğı ilə əhatə olunan qazilərdən biri olub”.
Pravda.az xəbərinə görə, bunu Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov deyib.
S.Cabbarovun sözlərinə görə, E.Cəfərov ictimai işlərə cəlb olunubmuş: “Mənzil növbəsində idi. Üzərində iş gedir...”
O bildirib ki, qazi özünü icra hakimiyyətinin inzibati binasının deyil, Mədəniyyət Evinin qarşısında yandırıb: “Məsələ ilə hüquq mühafizə orqanları məşğuldur. Özünü niyə yandırdığı araşdırmadan sonra bilinəcək. O, Maştağada dispanserdə qeydiyyatda olub, intihar etməsi dövlətin diqqətsizliyi ucbatından olmayıb. Bunu siyasiləşdirmək düzgün deyil”.
DİA.AZ-dan: Çox istərdik ki, icra başçısı Siraqəddin Cabbarova inanaq. Amma bu Sabirabadda ilk qazi intiharı faktı deyil axı... Elə keçən ay Vətən müharibəsi qazisi Manafov Maşallah Gülağa oğlu Sabirabadda intihar edərək canına qıymışdı. Həmin vaxtı da icra hakimiyyəti anoloji izahatı vermişdi...
Hər halda bu məqama "yuxarılar" nəzər yetirməlidir. Siraqəddin Cabbarov işini bacarmırsa, layiq olduğu ünvana göndərilməlidir... Daha nazı ilə oynamağa nə hacət...
Neçə qazi intihar etməlidir ki, Siraqqədini yola salsınlar? - HƏQİQƏTƏN DƏ...
12
iyul
11:44
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı