Xəbər verdiyimiz kimi, 44 günlük Qarabağ savaşını Qazisi Sərdar Rüstəm oğlu Həsənov fevralın 9-da Goranboy rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandırıb. Hurriyyet.az-a məlumat verən mənbənin sözlərinə görə, sosial vəziyyəti acınacaqlı durumda olan Sərdar Həsənov yardım üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətinə müsbət cavab ala bilməyən Qazi İcra Hakimiyyətinin binası qarşısında özünü yandırıb.
Qeyd edək ki, Sərdar Həsənov yaxınlıqda olan vətəndaşların köməkliyi ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Son məlumatlara əsasən, hazırda Qarabağ Qazisinin vəziyyəti ağırdır.
Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, Goranboy rayon İcra Hakimiyyətinin Qarabağ Qasizinin müraciətinə biganə yanaşması, yetkili şəxslərin Sərdar Həsənovun problemləri ilə maraqlanmaması və aidiyyəti qurumları bu haqda bilgiləndirməməsi, bütün bunların nəticəsində isə Qazinin intihar həddinə çatdırılması ölkə rəhbərliyinin hadisəyə operativ reaksiya verməsinə səbəb olub. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə bildirir ki, hadisədən dərhal sonra Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident Administrasiyasına dəvət olunaraq, ciddi şəkildə tənbeh edilib.
Yeri gəlmişkən, Qarabağ Qazisinin özünü yandırması faktı Ermənistan mediasında da günün mövzusuna çevrildiyindən, 44 günlük uğurlu savaşın ardından bu cür neqativ hadisələrin yaşanması və düşmən tərəfin bundan istifadə etməsi də icra başçısına ciddi xəbərdarlıq edilməsinə səbəb olub.
Goranboyun icra başçısı üçün AĞIR GÜNLƏR... - İLGİNC İDDİALAR...
14
fevral
12:25

Qarabağ
KOMMENTLƏR
Goranboy İcra Hakimiyyətinin qarşısında Qazi özünü yandırdı – ŞOK GÖRÜNTÜLƏR
İcra hakimiyyətinin qarşısında özünü yandırdı - Goranboyda intihara cəhd
Şəmkir sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırıb
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat