Vətən müharibəsinin qazisi, 3-cü qrup Qarabağ əlili, 35 yaşlı Elvin Cəfərovun özünü yandırması nəticəsində vəfat etməsi Sabirabad rayon İcra Hakimiyyətini qınaq obyektinə çevirib.
DİA.AZ bildirir ki, S.Cabbarov mətbuata açıqlamasında yaxasını kənara çəkməyə çalışsa da, mərhum qazimizin ölümündən öncəki son videosunda məhz icra başçısını nişan kimi verməsi vəziyyətin nə yerdə olduğunu gözlər önünə gətirdi.
Bəs belə olan təqdirdə, Siraqəddin Cabbaorv barəsində hüquqi addımlar atılacaqmı?
Qeyd edək ki, az əvvəl baş prokurorluq artıq hadisəni nəzarətə götürdüyünü, intiharla bağlı hüquqi araşdırmalara başlanıldılğını bəyan etdi. Bunun yekunu isə təbii ki, siyasi qərardan birbaşa asılıdır.
Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, Sabirabadda qazinin intihar faktı "yuxarılar"ın da ciddi nəzarətindədir və bu səbəbdən Siraqəddin Cabbarovun təkcə vəzifəsini yox, azadlığını da itirə biləcəyi gözləniləndir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
***
Qeyd edək ki, hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan şəxslərdən biri Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdur.
Bəs S.Cabbarov kimdir?
İcra başçısnının dosyesini təqdim edir:
Cabbarov Siraqəddin Nəcəf oğlu - 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olub. 1981-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir.
Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlayıb və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini, zavod idarəetmə xəttinin rəisi və zavod həmkarlar komitəsinin sədri kimi vəzifələrdə çalışıb.
28 avqust 1992-ci ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və başçının müavini vəzifələrində işləyib.
25 aprel 2008-ci il tarixdən 17 may 2019-cu il tarixədək Saatlı rayon İcra Hakimiyyətinin başçısı postunda çalışıb.
Ölkə başçısının 17 may 2019-cu il tarixli sərəncamı ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
21 dekabr 2017-ci ildə 2-ci dərəcəli "Əmək" ordeni, 14 dekabr 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Beş övladı var.
***
Yuxarıda iddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
İntihar edən qazinin şikayətçi düşdüyü icra başçısı HƏBS OLUNACAQ? - Artıq prosesə START VERİLİB
13
iyul
11:59
Qarabağ
KOMMENTLƏR
Sabirabadın icra başçısı intihar edən qazinin yasına gəldi – Jurnalistlərə “siyasiləşdirməyin” dedi + VİDEO
Neçə qazi intihar etməlidir ki, Siraqqədini yola salsınlar? - HƏQİQƏTƏN DƏ...
Prokurorluq qazinin intiharı ilə bağlı ARAŞDIRMAYA BAŞLADI
Qazimizin son sözləri bu olub - Video
Siraqəddin Cabbarov HƏBS OLUNA BİLƏR... - GƏLİŞMƏ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı