ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransının gedişatında növbəti dəfə Birləşmiş Ştatlarda koronavirus peyvəndinin oktyabr ayı ərzində yaradıla biləcəyini bildirib.
D. Trampın çıxışı “Twitter”də yayımlanıb.
"Peyvəndi mənim rəhbərliyim altında rekord vaxta buraxacağıq. Biz onu oktyabr ərzində ala bilərik", - Tramp deyib.
O qeyd edib ki, vaksinin hazırlanmasına adi şəraitdə "iki-üç il lazım ola bilərdi.