Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başa çatıb.
Ikitərəfli görüşdən sonra Ceyhun Bayramov, Ararat Mirzoyan və Gürcüstanın XİN rəhbəri İlia Darçiaşvili arasında üçtərəfli görüş baş tutub. 
***
12:22
Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tvitter səhifəsində məlumat verib.
***
08:56
Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Gürcüstana yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində C.Bayramovun Gürcüstan Baş naziri, xarici işlər naziri və Ermənistan Respublikası xarici işlər naziri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
  • Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərlərinin görüşü olub - FOTO (YENİLƏNİB-1)
скачать dle 12.1