Yük daşınması ilə məşğul olan sürücülər Qaradağ rayonu ərazisindəki yoxlama məntəqəsində onlardan rüşvət istənildiyini bildirirlər.
"Meydan TV"yə göndərilən videoda sürücü ilə müfəttiş arasındakı dialoq görüntülənib.
Görüntüdən belə aydın olur ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi sürücüdən fərqlənmə nişanına görə 70 manat tələb edir. Videoda qurumun şöbə rəisi Zaur Qasımov da əks olunub.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "Meydan TV"yə bildirilib ki, qurumla “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əməkdaşları eyni şirkətə məxsus bir neçə avtonəqliyyat vasitəsinin qanunvericiliyə əsasən tələb olunan “Fərqlənmə nişanı” almadan yükdaşıma xidməti göstərdiklərini aşkar ediblər:
“Avtonəqliyyat vasitələrinin məxsus olduğu şirkətin nümayəndəsi daşıma fəaliyyətinə görə qanunvericiliklə nəzərdə tutulan “Fərqlənmə nişanı” olmadan xidmət göstərdiklərini təsdiqləyib.
Lakin Mehman Məmmədov adlı kənar bir şəxs xidmətin əməkdaşlarına yaxınlaşıb. Telefonla video çəkiliş edərək iradlar bildirib və onların xidməti vəzifələrini yerinə yetirmələrinə mane olub. Əməkdaşlar Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edildiyini bildirdikdə o, tələsik ərazidən uzaqlaşıb. Hadisə ilə bağlı müvafiq akt tərtib edilib”.
Qurumdan bildirilib ki, bundan sonra Mehman Məmmədov sosial şəbəkələrdə Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-yə qarşı böhtan xarakterli paylaşımlar edir:
“Bildirmək istəyirik ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 2022-ci il fevralın 1-dən etibarən “Fərqlənmə nişanı”nın həm də onlayn qaydada verilməsi təmin edilib. Məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır”.
Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 220-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyiciləridir. Bu vergi “Fərqlənmə nişanları” vasitəsilə ödənilir.
Qaradağda Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi sürücüdən rüşvət alıb? - Video
17
iyul
11:31
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı