“Mən onlarla sirdaş olmasam da, həmkar olmuşuq. Bir komandada işləmişik. Yəni, yaxşı günlər də olub, pis günlər də olub. Yeri gəlmişkən, indi bəziləri, ağzıgöyçəklər danşırlar ki, mən Ramiz Mehdiyevlə birləşmişəm. Bu, qeyri-mümkündür. Mən ona bir insan, keçmiş əməkdaş, yoldaş kimi hörmət edə bilərəm. Ancaq mən onunla bir yerdə ola bilmərəm. Bunun sadə izahatı var. Biz siyasətin müxtəlif qütblərindəyik. Onun konkret, istiqamətini bilirsiniz, bu adam haranın tərəfdarıdır, kimlə dostluq, kimlə yaxınlıq edir. Əli İnsanov isə partiya nizamnaməsinə konkret yazıb, avroatlantik məkana inteqrasiya. Görün, bu heç uyğun gələn şeydir. Bu, qeyri-mümkündür”.
DİA.AZ xəbər verir ki, bu sözləri keçmiş səhiyyə naziri, Haqq Ədalət partiyasının sədri Əli İnsanov “Amerikanın səsi” radiosuna müsahibəsində Ramiz Mehdiyevlə bağlı sualı cavablandırarkən deyib.
Əli İnsanov Ramiz Mehdiyevin Rusiyanın adamı olduğuna işarə vurub: "Ramiz Mehdiyev hər zaman Rusiyanın tərəfdarı və onunla yaxın münasibətləri olub.Ona böyük hörmət olub, dəstək olub və sairə. Ancaq mən maraqlanıram, bu gün ona niyə dəstək vermirlər? Məni bir də, daha çox maraqlandıran başqa şeydir. Yəni, burada nöqtə qoyaq ki, bizim Ramiz Mehdiyevlə birgə siyasi fəaliyyətimiz ola bilməz”.
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
08
sentyabr
11:57
Qarabağ
KOMMENTLƏR
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
“Əli İnsanov çaşıb, başından yekə hərəkətlər edir”
“Prezident ona qapını göstərdi ki, özünü idarə edə bilmirsənsə...” – Siyavuş Novruzov
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
"Xalqımız heç zaman demokrat çarşabına bürünmüş qisasçılara ölkəni dağıtmaq şansı verməyəcək"
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı