Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin dünən yaydığı açıqlama gündəmə bomba kimi düşüb. AMEA prezidentinin bu dəfə kifayət qədər sərt və konkret danışması onun artıq müxalifətə keçməsi kimi dəyərləndirilib.
Sosial şəbəkələrdə Ramiz Mehdiyev az qala müxalifət lideri kimi təqdim edilir. Bəs müxalifət liderləri nə düşünür? AMEA prezidentini müxalif siyasi fiqur kimi qəbul edirlərmi?
Müsavat başqanı Arif Hacılı Yenisabah.az-a açıqlamasında bildirib ki, baş verənlər hakimiyyətdaxili ziddiyyətlərdən qaynaqlanır və Ramiz Mehdiyevin müxalifətə keçdiyini düşünmək doğru deyil.
“Baş verənlər hakimiyyətdaxili ziddiyyətlərin nəticəsidir. Ramiz Mehdiyev müxalifətə keçməyib, o, sadəcə özünü müdafiə edir. Dövlət başçısını onun ətrafında olan adamlardan müdafiə etmək xətti götürür və bugünkü hakimiyyətə özünün başqalarından daha sədaqətli və daha faydalı olduğunu nümayiş etdirməyə çalışır. Bu baxımdan, onun müxalifətə keçdiyini iddia etmək doğru deyil”, - deyə Müsavat başqanı bildirib.
Keçmiş səhiyyə naziri Əli İnsanov müxalifətə keçdiyini bəyan edəndə bu düşərgədən dəstək almışdı. Oxşar münasibət Ramiz Mehdiyevə də göstərilə bilərmi?
Arif Hacılı hesab edir ki, AMEA prezidenti və sabiq nazirlə bağlı baş verənlər fərqli sitaisyalardır. “Əli İnsanov 14 il ərzində həbsdə olmuş və bu illər ərzində özünü siyasi müxalifətçi kimi təqdim etməyə nail olmuş siyasətçidir. Eyni zamanda o əvvəlki illərdə fəaliyyəti ilə əlaqədar birbaşa açıqlamar verib. Ramiz Mehdiyev isə əksinə, bu hakimiyyətin qurulmasında rolunun olduğunu bəyan edir və bu, həqiqətdir. İndi bu sistem faktiki olaraq Ramiz Mehdiyevin özünü qurbana çevirib və indi onun özünün yaratdığı bir sistemdən şikayətlənməsi səmimi görünmür”, - deyə Müsavat başqanı vurğulayıb.
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
26
avqust
14:19
Qarabağ
KOMMENTLƏR
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”
İsa Həbibbəyli açıqlama yaydı
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev