Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydası dəyişə bilər.
 
Bu barədə "Report"a hökumətdəki mənbə bildirib.
 
Onun sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bu dəyişikliklə bağlı müzakirələr gedir: "Hazırda qısa şəkildə icbari avtomobil sığortası dediyimiz avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə hesablanır. Yəni mühərrikin həcmi üzrə kubmetrlər artdıqca xidmət haqqı da artır. Bu, klassik yanaşmadır. İndi isə yeni yanaşma tələb olunur. Təkliflər var ki, bu sığorta növü avtonəqliyyat vasitəsinin kubmetrinə görə yox, at gücünə görə hesablansın. Çünki indi texnologiya inkişaf edir. Nəticədə 1500 kubmetr mühərrikə malik avtonəqliyyat vasitəsinin at gücü 2000-2500 kubmetrə malik köhnə avtomobilin at gücündən çoxdur".
 
Azərbaycan hökuməti bu yeni qaydanı tətbiq etmək üçün baza formalaşdırmalıdır və orada avtonəqliyyat vasitələri at gücü ilə katoqoriyalaşdırılmalıdır. Nəticədə həmin kateqoriyalar üzr ödənişlər müəyyən edilməlidir.
 
Hazırda minik avtomobillərinin və onların bazasında istehsali edilmiş digər avtonəqliyyat vasitələrinin mühərriklərinin həcminə görə sığorta haqqı belədir.
 
Avtonəqliyyat vasitəsinin növüSığorta haqqı (manat)
Fiziki şəxslər üçünHüquqi şəxslər üçün
1Minik avtomobillərinin və onların bazasında istehsali edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə  
- 50 sm3 – 1500 sm35060
- 1501 sm3 – 2000 sm37590
- 2001 sm3 – 2500 sm3100120
- 2501 sm3 – 3000 sm3125150
- 3001 sm3 – 3500 sm3150180
- 3501 sm3 – 4000 sm3175210
- 4001 sm3 – 4500 sm3200240
- 4501 sm3 – 5000 sm3225270
- 5000 sm3 – dən çox250300
2Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə  
9 – 16150180
16 – dan artıq200240
3Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilən maksimum kütləsinə görə  
3500 kq-dan çox olmadıqda150180
3501 kq – 7 000 kq200240
7000 kq – dan yuxarı250300
4Motosikletlər və motorollerlər5060
5Qoşqular və yarımqoşqular2530
6Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələr5060
7Trolleybuslar və tramvaylar100120
скачать dle 12.1