Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) erməni işğalının Azərbaycan sığorta bazarına vurduğu zərərləri açıqlayıb.
ASA-dan verilən məlumata görə, 30 ilə yaxın bir müddətdə erməni işğalı altında olmuş Azərbaycan əraziləri hər bir iqtisadi sahədə olduğu kimi sığorta sektoru üçün də böyük potensiala malikdir. Qeyd olunan müddət ərzində Azərbaycan ərazilərinin 20%-nin işğalda olması sektora əhəmiyyətli dərəcədə itki qazandırıb.
Belə ki, bu günə qədər işğal altında saxlanmış şəhər və kəndlərimizdə 1993-cü il, yəni işğal olunduğu tarixə qədər mövcud olan və erməni vandalları tərəfindən tam yararsız hala salınmış yaşayış və qeyri-yaşayış obyektlərinin cəminə görə Azərbaycan sığorta bazarı sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 1 ilə 4 milyon 985 min 100 manat, işğal altında olmuş 30 ilə isə 149 milyon 553 min manat yığım təmin edə bilərdi. Bu, sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə ölkə iqtisadiyyatının sığorta bazarından təmin edə biləcəyi və düşmən işğalı səbəbilə itirdiyi maddi vəsaitdir. Bu qəbildən yüklərin sığortası, vətəndaşların fərdi sığortası, eyni zamanda elektrik, qaz, su kommunikasiya xətlərinin sığortası, kənd təsərrüfatı sığortası, avtomobillərin sığortası, irriqasiya sistemlərinin sığortası və s. nüansları da nəzərə alsaq görərik ki, 30 illik erməni işğalının Azərbaycanın sığorta bazarına vurduğu zərər ümumi həcmdə 1 milyard manata yaxındır.
Assosiasiyadan bildirilir ki, ASA və sığorta bazarının hər bir iştirakçısı birlikdə intensiv olaraq aparacaqları iş nəticəsində bu itkilərin ən tez zamanda bərpa edilməsinə və Azərbaycan iqtisadiyyatının inkişafında bu faktorun doğru və uğurlu şəkildə dəyərləndirilməsinə nail olunacaq.
Erməni işğalının sığorta bazarımıza vurduğu ziyan
12
noyabr
11:33

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda 800 milyonluq sığorta bazarı? - “Ödənişlər də artır”
“Sığorta bazarına güvən yoxdur” – Yüz milyonlarla vəsait toplanan bazar böhrandan niyə çıxa bilmir?
"Azsığorta" keçmiş əməkdaşının iddialarına CAVAB VERDİ
Azərbaycanın sığorta bazarı 11% böyüyüb
Azərbaycanda bu sahə üzrə yeni şirkət yaradılır — Nizamnamə kapitalı dörd milyon manatdır
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat