“Baku Electronics”dən aldığı telefon problemli çıxan vətəndaş şirkətin qanuna əməl etməməsindən və məhsulu geri qaytarmamasından şikayətçidir. Yenicag.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə “Baku Electronics” müştərisi yazıb.
O, sözügedən mağazadan aldığı telefonun xarab olmasına baxmayaraq, şirkətin laqeydliyinə və problemin həllinə vecsiz yanaşmasına etiraz edib:
“”Baku Electronics”in başıma açdığı biabırçı oyundan danışmaq istəyirəm. Belə ki, bu şirkətdən aldığım telefonun problemli olduğunu biləndən bir gün sonra dəyişdirmək və ya geri qaytarmaq üçün müraciət etdim. Lakin şirkətin servis xidmətindən məhsulun qaytarılması və ya dəyişdirilməsinin mümkün olmayacağı bildirildi. Şifahi və yazılı şəkildə şikayətimi bildirdim. Dövlət qanunvericiliyində olan maddəni dəfələrlə izah etməyə çalışsam da, heç kəs əhəmiyyət vermədi. Hər gün zəng etməyimə baxmayaraq, 14 gün ərzində mənə heç bir geri dönüş edilmədi. 18 gün sonra zəng edərək məhsulu geri qaytaracağımı bildirdim və mənə yalandan “Telefonu gətirin, dəyişmək üçün servisə göndərək” dedilər. Mən də dəyişmək şərti ilə telefonu onlara təhvil verdim. Lakin heç bir dəyişiklik olmadı. “Məhsulu düzəltmişik” adı altında telefonu eyni formada qabağıma qoydular. Məhsulu götürməyəcəyimi bildirdim və telefonu özlərinə təhvil verdim. 2 aydan sonra məsələni həll etməyən “Baku Electronics” mənə hər gün zəng edərək təhdid edib. Şirkət işçiləri “Sizi məhkəməyə verib, pulunuzu alacağıq. Bizə ödəniş etməlisiniz” kimi sözlərlə məni və ailəmi narahat edib.
Məndən hansı məhsulun ödənişini və hansı haqqla tələb etdiklərini özləri də bilmirlər. Ən bərbadı isə budur ki, şirkət daxilində günahı bir-birinin üstünə atırlar. Sistemi olmayan “Baku Electronics” şirkəti problemin həllinə görə bir dəfə də olsa müştəriyə zəng etmir və məsələnin həlli ilə maraqlanmır. Lakin iki ay sonra əlaqəsiz şəkildə ödəniş tələb edir. Aidiyyatı qurumlara şikayətimi bildirmişəm.
Şəxsi araşdırmamdan sonra bildim ki, bu şirkətlə bağlı müştəri şikayəti kifayət qədər çoxdur. Bütün şikayətçilər isə haqqlarını yalnız məhkəmə yolu ilə bərpa edə biliblər. Mən də haqqımı tələb edəcəm və məhkəmədə görüşəcəyik. Hər kəs bu mağazanın necə bir yer olduğunu bilsin”.
"Baku Electronics"dən daha bir ŞİKAYƏT: - "Şirkət satdığı xarab telefonu geri götürmür"
27
iyul
12:26
Qarabağ
KOMMENTLƏR
"Baku Electronics"in MÜHARİBƏ BƏHANƏSİ - GİLEY
"Baku Electronics"in QIZIL ZƏMANƏTİ... FIS ÇIXDI
"Optimal Electronics"dən NARAZILIQLAR DAVAM EDİR... - "Xiaomi Poco X3 Pro" aldı, peşman oldu
"Baku Electronics" 10 illik müştərisini də ALDATDI... - GİLEY
“Baku Electronics”dən alınan saat ZAY ÇIXDI – “Pulum geri verilsin”
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı