“Mən 2021-ci ili dekabrın 31-də “Baku Electronics”in Azadlıq filialından uşaq üçün smart saatı aldım. Qiyməti 99 manat idi. 2022-ci il fevralın 1-də saatın işləmədiyini aşkar etdim. Əvvəlcə SİM kartda problem olduğunu düşündüm və NAR mobil operatoruna müraciət edərək SİM kartı yoxladılar və SİM kartın qaydasında olduğunu təsdiq etdilər. Ən sonda anladım ki, problem saatın özündədir”.
Bu sözləri Lent.az-a “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov deyib.
“Baku Electronics”dən şikayətçi olan AİB sədri bildirir ki, məsələ ilə bağlı dəfələrlə mağazaya yaxınlaşsa da, heç bir yardım edilməyib:
“Fevralın 3-də “Baku Electronics” Azadlıq filialına müraciət etdim, bildirdim ki smart saatı tam istifadə edə bilmirəm səbəb isə cihazın IMEI nömrəsinin qeydiyyatdan keçirilməməsidir. Füzuli adında menecer-koordinator məni dinlədi. Sonra şəxsiyyət vəsiqəmi, alqı-satqı qəbzi, zəmanət talonun şəklini mobil telefonuna çəkdi, və dedi ki, narahat olmayın 3-4 gündən sonra uşağınız saatı istifadə edə biləcək. Bu danışıqdan sonra dəfələrlə müraciət etdim, amma geri dönüş almadım. Artıq üstündən neçə gün keçib, hələ də heç kim mənimlə əlaqə saxlamayıb.
Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz satış şəbəkəsinə inamım tam itdiyi üçün, saat qaytarılsın, ödədiyim 99 AZN mənə geri verilsin”.
“Baku Electronics”dən alınan saat ZAY ÇIXDI – “Pulum geri verilsin”
21
fevral
11:23

Qarabağ
KOMMENTLƏR
Vətəndaş "Baku Electronics"lə bağlı hamını diqqətli olmağa çağırdı... - "Satış şəbəkəsinə inamım tam itdiyi üçün..."
"Baku Elektronics"dən `SƏVİYYƏLİ XİDMƏT`... - "Bu gün get, sabah gələrsən..."
"Baku Electronics"in MÜHARİBƏ BƏHANƏSİ - GİLEY
"Baku Electronics" 10 illik müştərisini də ALDATDI... - GİLEY
"Baku Electronics" müştəriləri belə aldadır: DƏLƏDUZLUQ İFŞA EDİLDİ - ÖZƏL
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat