Facebook sosial şəbəkəsində olan və yerli istehlakçıların problemlərlə bağlı üz tutduqları “Müştəriyəm, şikayətim var” qrupu satılıb.
Qrup bir müddət əvvəl satılsa da, bu məlumat gizli saxlanılıb. Bu günlərdə isə bəlli olub ki, həmin şikayət qrupunu “Kontakt Home” şirkəti alıb. Buna səbəb qrupda ən çox şikayətin məhz bu şirkət haqda olmasıdır. Problemlərin ictimailəşməsinin qarşısını almaq üçün “Kontakt Home” rəhbərliyi çıxış yolunu həmin qrupu almaqda görüb. Qrupun hansı qiymətə satılması bəlli deyil və əslində hazırda qrupda edilən saxtakarlığın yanında qiymətin nə olması o qədər də əhəmiyyətli deyil.
Sən demə şirkət rəhbərliyinin qrupu almaqda niyyəti təkcə özlərinə qarşı tənqidlərin qarşısını kəsmək deyilmiş. Orada son bir neçə gündə paylaşılan şikayətlərə baxdıqda görmək olur ki, həm də “Kontakt Home”a rəqib olan şirkətlərlə bağlı məqsədli olaraq qaralama kampaniyaları aparılır. Şirkətin özü ilə bağlı şikayətlər isə demək olar ki, qrup adminləri tərəfindən əngəllənib.
Şirkətin belə bir addım atması sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Hazırda onlarla tanınmış şəxs qrupu tərk etdiklərini bildiriblər. Üstəgəl rəqib şirkətlərin rəhbərləri və hüquqşünaslar qrupda əks-təbliğatın ölkə qanunvericiliyinə zidd oluduğunu bildirirlər. Əgər bununla bağlı məhkəmə iddiası qaldırılarsa, o zaman “Kontakt Home”a qarşı müəyyən sanksiyalar tətbiq oluna bilər. (yeni sabah)
"Kontakt home"-la bağlı böyük qalmaqal: Şirkətə sanksiya tətbiq oluna bilər
09
sentyabr
10:55
Qarabağ
KOMMENTLƏR
"Kontakt Home" haqqında gedən şikayətlərə görə məşhur Facebook qrupunu alıb - İDDİA
“Kontakt Home” güzəşt etmək fikrində deyil- Kreditlər ödənməlidir
“Kontakt Home” müştərilərə güzəşt etmir:Vəba günlərində kindarlıq
“Kontakt Home”un sahibi Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
“Kontakt Home”un 1 aylıq müddəti bitdi: Ödəniş olmasa, cərimə yazılacaq
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev