Azərbaycan Ordusunun bu gün şəhid olan əsgəri, 2004-cü il təvəllüdlü Kazımov Anar Rüstəm oğlunun anasının dəfn mərasimində ürəyinin dayanmasına dair məlumatlar paylaşılıb.
Bu məlumat sosial şəbəkələrdə ciddi müzakirələrə, narahatlığa səbəb olub.
Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. İcra hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:
“Şəhidin anasının səhhətində hər hansı ciddi narahatlıq yoxdur. Xahiş edirik ki, mövcud vəziyyəti nəzərə alaraq, əsassız məlumatların yayılmamasına həssaslıqla yanaşaq”.
Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər 2004-cü il təvəllüdlü Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Şəhidimiz bu gün Şəmkir rayonunun Qaracəmirli kəndində kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Ötən gün şəhid olan Anar Kazımovun anasının ürəyi dayanıb? - AÇIQLAMA
04
avqust
11:28
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev