Sədərək Ticarət Mərkəzinə hərəkət edən marşrut avtobuslarının sayının azaldılması ticarət mərkəzinin sahiblarlarının narazılığına səbəb olub.
Trend xəbər verir ki, bu barədə ticarət mərkəzinin sahibkarları məlumat verib.
Sahibkar Allahyar Musayev bildirir ki, ticarət mərkəzinə müştəri axını çox olsa da, bu istiqamətdə hərəkət edən marşrut avtobislarının sayı kəskin azaldılıb:
"Ticarət Mərkəzinə cəmi bir marşrut işləyir. 211 saylı marşrut xətti əvvəllər normal işləsə də, son vaxtlar həmin marşrutdakı avtobusların sayı azaldılıb. Əgər əvvəllər buradan marşrut avtobusu 5-10 dəqiqədən bir çıxırdısa, indi yarım saatlarla avtobus gözləyirik. Elə olur ki avtobus bir saatdan bir gəlir. Ticarət mərkəzinə gəlib-getmək mümkün olmur. Avtobusda və dayanacaqlarda sıxlıq yaranır. Dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsək də, problemin həllinə çalışan yoxdur. Nəticədə sahibkarlar da əziyyət çəkir, müştərilər də".
Digər sahibkar Namiq Həsənov isə bildirir ki, əvvəllər şəhərin mərkəzi hissələrindən Sədərək Ticarət Mərkəzinə 10-a yaxın marşrut xətti işləsə də, son vaxtlar həmin marşrutların fəaliyyəti qəfil dayandırılıb: "Əvvəllər Bakının Nizami rayonu, Yasamal rayonu, Xətai rayonu istiqamətindən, "Xalqlar Dostluğu", "Gənclik", "28 may", "20 yanvar" metro stansiyalarının qarşısından bu istiqamətə ayrıca marşrut xətləri işləyirdi. Hər marşrut xətti üzrə 20-dən çox avtobus fəaliyyət göstərirdi. Amma bir ildən artıqdır ki, həmin marşrutların fəaliyyəti tam dayandırılıb. İndi yalnız "Memar Əcəmi" metrostansiyasından 211 saylı marşrut xətti gəlir, digər marşrut xətləri isə ləğv edilib. Mən hər gün "Xalqlar dostluğu"stansiyasından işə gəlmək üçün saatlarla yollarda qalıram".
Sahibkar bildirir ki, son vaxtlar Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkət edən yeganə marşrut xətti olan 211 saylı marşrut xəttində avtobusların sayı azaldılıb: "Əvvəllər 211 saylı marşrut xəttində 15-17 avtobus işləyirdi. İndi həmin avtobusların sayı 7-yə endirilib. Nəticədə. 1 saat, saat yarım avtobus gözləyirik. Artıq dözülməz həddəyik. İş yerindən evə, evdən iş yerinə 3 saata çata bilmirik".
Bakı Nəqliyyat Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Sədərək Ticarət Mərkəzi istiqamətində 8 müntəzəm marşrut xətti üzrə (120, 126, 130, 174, 176, 164, 206 və 211) 70-dən artıq orta və iritutumlu avtobuslar fəaliyyət göstərir. Bu marşrut xətləri üzrə avtobuslar Sədərək Ticarət Mərkəzini Bayıl qəsəbəsi 20-ci sahə, Lökbatan, Biləcəri, Binəqədi, Xırdalan, Yasamal yaşayış sahələri, eləcə də metronun "20 Yanvar", "Elmlər Akademiyası", "Avtovağzal" və "Gənclik" stansiyaları ilə birbaşa əlaqələndirir.
"Vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə ticarət mərkəzi istiqamətində sərnişindaşımaların yaxşılaşdırılması daim diqqətdə saxlanılır. Agentlik tərəfindən Sədərək ticarət mərkəzinə yeni 194 nömrəli marşrut təşkil edilib, 211 nömrəli marşrut "BakuBus" MMC-yə həvalə edilərək, avtobuslar müasir iritutumlu avtobuslarla əvəzlənib. Hazırda isə Sədərək Ticarət Mərkəzini "Xalqlar Dostluğu", "Neftçilər", "Qara Qarayev", "Koroğlu" və "Sahil" metro stansiyaları ilə əlaqələndirən ekspres xəttin təşkil edilməsi istiqamətində təhlil işləri aparılır.
Bütün digər, o cümlədən Sədərək Ticarət Mərkəzi istiqamətində də müntəzəm marşrut xətləri üzrə gündəlik reysə çıxan avtobus sayı sərnişin tələbatına uyğun tənzimlənir. "BakuBus" MMC-nin istismarında olan 211 nömrəli müntəzəm marşrut xətti üzrə adi rejimdə 15-16 avtobus fəaliyyət göstərirdisə, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla daşımalara 10-11 avtobus cəlb edilir", - deyə məlumatda qeyd olunub.
“Sədərəy“ə gedən avtobus marşrutları niyə ləğv olunub?
05
avqust
14:28

Qarabağ
KOMMENTLƏR
- Dilarə Əliyeva: "Onun dərdindən 18 yaşında ərə getdim" (VİDEO)
- "Diriliş Ertuğrul"un aktyoru evləndi - FOTOlar
- Türkiyə ordusu şəhid verdi
- Ağdam sakini Bakıda tutuldu - Üzərindən 9 kq marixuana çıxdı
- İrandan Azərbaycana narkotik keçirməyə cəhd etdilər
- “Müğənnilər toylara getməsə, yamaqlı şalvarda gəzərlər” – Akif İslamzadə
- Abşeronda ər arvadını bıçaqladı
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın daha 7 tankı məhv edilib"
- Xəzərdə bir nəfər BATDI
- Hirkan Park Otel xanım müştəriyə qarşı tərbiyyəsizlik
- Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI
- Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDU
- Ölkədə qeyri-sabitlik yaratmaq istəyən sosial şəbəkə istifadəçiləri istəklərinə nail ola bilməyəcəklər
- “İslami Cihad”ın komandiri ÖLDÜRÜLDÜ
- Qadın siçan dərmanı içərək özünü ÖLDÜRDÜ
- Trampdan üçüncü dünya müharibəsi təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
- Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
- 4 yük gəmisi Ukraynadan İstanbula yola DÜŞDÜ
- İrandan Azərbaycana 22 kq narkotik keçirmək istədilər
- İkardi "Qalatasaray"a transfer ola bilər
- Nömrəsiz maşın sürənlər məsuliyyətə cəlb olundular
- Van Dammın oğlu nənə və babası ilə foto paylaşıb, azərbaycanlı arvadına təşəkkür etdi - FOTO
- Bakıda beşəm dünyaya gəldi - VİDEO
- Trampın mülkündən 11 dəst məxfi sənəd tapıldı - FOTO
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- Samux sakinində "marixuana" aşkarlandı
- İçərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlandı - VİDEO
- “Vəhşi kişilərdən xoşum gəlir” - Aparıcı Ülvira