Bu gün Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə Şuşada VIII "Muğam” Televiziya Müsabiqəsinin qala-konserti baş tutacaqdı.

Sözügedən musiqili proqram təxirə salınıb. Bu barədə Azərbaycan Teleradio Verilişləri QSC-nin rəsmi feysbuk səhifəsində məlumat verilib. 

Bildirilib ki, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq VIII "Muğam” Televiziya Müsabiqəsinin qala-konserti başqa tarixə keçirilib.


Xatırladaq ki, qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunmuşdu. Musiqili proqramda bu günədək keçirilən səkkiz "Muğam” müsabiqəsinin qalib və mükafatçılarının çıxış etmələri gözlənilirdi.

2005-ci ildən etibarən keçirilən "Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparması idi.
 





скачать dle 12.1