"Bu ilin ilk 4-5 ayında evlərin qiymətində baş verən dinamik artımlar hazırda müşahidə olunmur. Müəyyən qədər qiymət artımları var, amma nisbi xarakter daşıyır. Ay ərzində orta qiymət 2-3 faiz dəyişir".
Bunu açıqlamasında ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, sentyabr ayının ortalarından etibarən qiymətlər artacaq:
"Bu da mövsümü faktorlarla bağlıdır. İlin əvvəlində dinamik qiymət artımı oldu, müraciətlərin sayı qismən azaldı. Limitdən asılı olaraq ipoteka kreditlərinin verilməsində səngimələr baş verdi. Bu səbəbdən, qiymətlərin artımı nisbi xarakter aldı. Amma ilin sonuna doğru qiymət artımları gözlənilir. Bunun da bir neçə səbəbi var. Belə ki, tikinti materialları və istehlak bazarında olan qiymət artımları, regional siyasi, iqtisadi və s. amillər buna təsir edir. Eyni zamanda, Azərbaycanda tikinti ilə bağlı müəyyən inzibati qərarların qəbul olunması və dəyişikliklər də tikintidə qiymət artımının baş verməsinə səbəb olur. Torpaq sahələrinin qiymətinin artması, onların məhdudlaşması, tikintinin dəyərində torpağın xüsusi çəkisinin artmı və s. ilkin bazarda qiymət dəyişikliyinə gətirib çıxarır. Bu da bütün bazar üzrə qiymət artımlarına səbəb olur".
Bakının hansı ərazilərində evlərin baha qiymətə olmasına gəlincə, ekspert bildirib ki, mərkəzdən başlayaraq kənarlara doğru qiymət azalır.
"Bakının mərkəzində bəzi ərazilərdə yeni tikililərdə təmirsiz mənzillərin 1 kvm-nin qiyməti 5 min manatdan çoxdur. Mərkəzdən kənarlaşdıqca bu rəqəmlər azalmaya doğru gedir. Bakı üçün qismn kənar ərazilər hesab olunan Həzi Asalnov, Əhmədli, Yeni Yasamal, Biləcəri və bu kimi ərazilərdə müşahidə olunan qiymətlər 1 kvm. üçün 1000 manat üzərindədir. Üç il bundan əvvəl bu rəqəmlər çox aşağı idi. Bu onu deməyə əsas verir ki, qarşıdakı dövrlərdə həmin qiymətlər bir qədər də arta bilər".
Gələn aydan evlərin qiyməti BAHALAŞACAQ
09
avqust
11:13
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı