Tikinti materiallarında müşahidə edilən qiymət dəyişikliyi payızdan etibarən mənzillərin də qiymətinə təsir edəcək.
Bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında Ramil Qasımzadə deyib. O bildirib ki, hazırda daşınmaz əmlak bazarında sıçrayışlı qiymət artımı müşahidə edilməyib:
"Mənzil bazarında qiymət artımı olsa da, bu, cüzi olaraq baş verir. Lakin artıq bir neçə gündür ki, tikinti materialları bazarında sıcrayışlı qiymət artımları müşahidə edirik. Təbii ki, bu da gələcəkdə mənzillərin qiymətinə təsirsiz ötüşməyəcək. Əvvəllər 1 kub metri 280 manata satılan taxta hazırda bazarda 400-450 manata təklif olunur. Bu qiymətlərin daha da artacağı istisna edilmir. Bunun da səbəbi taxtanın gətirildiyi ölkə olan Rusiyada müəyyən məhdudiyyətlərin tətbiq edilməsi və qiymətlərin yerli bazarda artmasıdır. Bundan başqa dəmir məmulatların da qiymətinin artması bizə əsas verir ki, gələcəkdə daşınmaz əmlak bazarında qiymətlər əvvəlki qiymətlərdən daha artıq olacaq”.
Ev almaq istəyənlərin nəzərinə! - VİDEO
08
iyun
10:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat