“O qədər onun sənətinin vurğunu idim ki, deyirdim kaş mən də kamança ifa edərdim. Sonra onunla bizim xarici səfərlərimiz oldu və mənim haqqımda çox yüksək fikirlər səsləndirirdi”
Bunu açıqlamasında Xalq artisti Möhlət Müslümov deyib. O, Xalq artisti Habil Əliyevin kamança alətini dünyaya tanıtdığını bildirib:
“Habil Əliyev olmasaydı, Azərbaycan kamançası hansı səviyyədə olardı, onu təsəvvürümə gətirə bilmirəm. Çünki o, kamançanı qeyri-adi ifa edirdi. Kamança deyəndə Habil Əliyev yada düşür. Uşaq yaşlarından onun sənətinin vurğunu olmuşam və musiqiləri ilə böyümüşəm. O qədər onun sənətinin vurğunu idim ki, deyirdim kaş mən də kamança ifa edərdim. Sonra onunla bizim xarici səfərlərimiz oldu və mənim haqqımda çox yüksək fikirlər səsləndirirdi. Bir dəfə ona sual verdilər ki, “Habil müəllim, tar ifa etsəydiniz, necə ifa edərdiniz?” Deyirdi ki, “Möhləti yamsılayardım”. Bu cavabı mənim üçün böyük şərəf idi. Hər sənətkara qismət olmur ki, heç bir yerdə dərs deməyəsən, amma bu qədər məşhur olasan. Bu gün kamança ifaçılarının doxsan doqquz faizi onun yolunu ifa edirlər. Baxmayaraq ki, onların müəllimləri başqa-başqa adamlardır. H.Əliyev kamança üçün elə bir yaşıl işıq yandırdı ki, hələ uzun əsrlər bu yolu gedəcəklər. Bu yolun üstündə öz yollarını tapanlar da var. Məsələn, onlardan biri Ədalət Vəzirov idi və Habil müəllim də onu çox istəyirdi. Habil müəllim deyirdi ki, “öləndə kamançanı Ədalətə verəcəm”, amma elə oldu ki, Ədalət ondan qabaq öldü. Bir sözlə, Habil müəllim dahidir və ikincisi yoxdur. Biz burda on milyonuq, amma İranda 30-35 milyonuq və orda qastrol səfərində olanda gördüm ki, onu necə sevirlər. Axırıncı səfəri Təbrizə oldu və orda kamançadan istefa verdi və hətta ağladı da. Bu onun axırıncı konserti oldu və biz orda bir yerdə olmuşuq”.
Qeyd edək ki, Xalq artisti Habil Əliyevin ölümündən beş il ötür.
Vasif Əlihüseyn
"Habil müəllim deyirdi ki, öləndə kamançanı Ədalətə verəcəm, amma Ədalət ondan qabaq öldü"
09
sentyabr
15:11

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat