Rusiyada Azərbaycan aqrar sektorunun ən populyar məhsulu Bakı pomidorlarıdır.
Bunu BAKİSESİ.com-a Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.
O.Ruhullayeva bildirib ki, “Made in Azerbaijan” brendi altında məhsula kifayət qədər tələbat olsa da, məhz Bakı pomidorları Rusiya şəhərləri və regionlarının istehlak bazarlarında daha çox satılır.
Nazir müavini qeyd edib ki, bundan başqa Azərbaycanın quru meyvələri, fındıq və nar şirələrinə böyük tələbat var:
“Rusiya Azərbaycandan məhsul idxalına görə 9-cu yerdədir. Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz məhsulları ixrac olunur. 2017-ci ildə Azərbaycandan Rusiyaya idxal 55 faiz artıb və Rusiyanın MDB-dəki tərəfdaşları arasında ən yaxşı dinamikanı nümayiş etdirib”.
O.Ruhullayeva əlavə edib ki, Rusiya bazarında rəqabətin artması şəraitində mövcud imkanlardan istifadə olunması üçün hər iki tərəfin birgə səyləri lazımdır:
““Made in Azerbaijan” brendi altında məhsulların satışı onun Rusiya bazarında tanınmasına yol açacaq və bu, tələbatda müsbət əks olunacaq. Birgə işin vacib aspekti azərbaycanlı kənd təsərrüfatı istehsalçılarının istehsalat prosesinin və hazır məhsullarının Rusiya bazarının və rusiyalı nizamlayacıların tələblərinə uyğunlaşmasıdır”.
Rusiya bazarında ən populyar Azərbaycan məhsulunun adı açıqlanıb (ÖZƏL)
04
oktyabr
21:56
Qarabağ
KOMMENTLƏR
Səməd Qurbanov: Azərbaycanlı ixracatçılara öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstəriləcək
Hikmət Babaoğlu: Zatulinin mövqeyi Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir
Rusiyalı nazir: Avropaya qaz idxalı 100 milyard kubmetr artacaq
Azərbaycan və Rusiya gömrük orqanları arasında məlumat mübadiləsinin texniki şərtləri imzalanıb
Azərbaycan və Rusiya gömrük orqanları arasında məlumat mübadiləsinin Texniki şərtləri imzalanıb
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev