Fövqəladə Hallar Nazirliyi ilə bağlı “intim qalmaqal” getdikcə böyüyür.
Bəziləri bu mövzuda birbaşa ədəbiyyatı və filmlərimizi günahlandırır, cəmiyyətdə bu cür “Zaurların” artmasının səbəbi kimi onları göstərir. Bu məsələdə adı ən çox hallananlardan biri də məşhur Təhminə obrazının yaradıcısı olan Xalq yazıçısı Anardır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bu cür fikirləri absurd və yersiz adlandırıb:
“Mən hər axmaq fikrə münasibət bildirməyi özümə yaraşdırmıram. Guya mən “Təhminə və Zaur”u yazmamışdan əvvəl siqaret çəkən, qəlyan çəkən qadınlar olmayıb?! Əbləhin biri bu məsələdə sırf “Təhminə və Zaur”u günahlandırırsa, deyəcək sözüm yoxdur. Harada nə hadisə olursa, ədəbiyyatı qınayırlar. Bir yerdə hamamların suyu kəsilirsə, avtomobil qəzası olursa, həmən dəqiqə Yazıçılar Birliyini günahlandırırlar. Ümumiyyətlə, Yazıçılar Birliyinin düşmənləri var! Onlar tək Yazıçılar Birliyinin deyil, ədəbiyyatın düşmənləridirlər! Ona görə də hər dəfə bir təxribat yaratmaq istəyirlər”.
Yazıçı bildirib ki, bu tip məsələlərdə ədəbiyyatçıların heç bir günahı yoxdur:
“Burada ədəbiyyatçıların nə günahı var? Sizcə, meşədə yanğın olursa, bu ədəbiyyatçıların günahıdır? Bu sualın cavabı o qədər aydındır ki, soruşmağa belə dəyməz...
Biz o gün Şabranda tikilən yaradıcılıq evinə getmişdik. Getdik gördük ki, o biri kənddə ciddi yanğın var, insanları kənddən çıxarırlar. Burada Yazıçılar İttifaqının günahı varmı? Biz gedib Şabranı yandırmışıq?! Bu insanların heç olmasa, azca insafı, vicdanı olsun. Hər hadisədə yazıçıları qınamasınlar, böhtan atmasınlar!”
Anar FHN-dəki videolardan danışdı: “Mən “Təhminə və Zaur”u yazmamışdan əvvəl...”
19
avqust
13:29
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev