Azərbaycanda fəaliyyət göstərən “Günay Bank” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, kommersiya bankına 9 sentyabr 2020-ci il tarixdən etibarən Baratəli Piriyev Zülfüqar oğlu sədrlik edəcək.
B.Piriyev buna qədər bankın Müşahidə Şurasının sədrinin I müavini vəzifəsində çalışırdı. Hələ, “Günay Bank” səhmdarları ötən ilin 17 oktyabrında bu qərarı qəbul edəcəyi bildirilirdi. Bir müddət sonra açıqlandı ki, B.Piriyev bu vəzifəni icra edici olacaq.
Bu vəzifəni buna qədər rəsmi olaraq, müvəqqəti icraedici kimi Zaur Əhmədov Kamil oğlu daşıyırdı.
Hazırda bankın İdarə Heyəti Mehdiyeva Esmira Məmməd qızı, Səfərov İlham Nizami oğlu adlı şəxslərdən ibarətdir.
Qeyd edək ki, “Günay Bank”ın rəhbəliyində yer dəyişmələr bir neçə müddətdir müşahidə edilir. İdarə Heyəti və Müşahidə Şurasının tərkibində yeni-yeni şəxslər təyin edilib. Buna, İdarə Heyəti üzvlərində Emin Zeynalov, Azad İbadov, Teymur Axundov, Eldar Abdullayev kimi şəxsləri misal göstərmək olar.
2018-ci ildə bu bankın İdarə Heyəti sədrinin müavini olmuş Emin Zeynalov 100 mln. manat məbləğində vəsaiti mənimsəməsi haqda xəbərlər yayılmışdı. Bildirilirdi ki, Emin Zeynalov 2017-ci ilin aprelində “GünayBank” ASC-nin İdarə Heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”-ə yatıraraq ziyana düşdüyü məlum olmuşdu. Ona prokuror 13 il həbs cəzasi istəmişdi.
Hazırda bankın 65 mln. manata yaxın nizamnamə kapitalı var. Kapitalının əsas payçısı Mahmud Məmmədov (52.13%) və Yeganə Şirinovadır (40.05%).
O da qeyd edilməlidir ki, bank 2020-ci ilin ilk yarımilliyində yaxşı göstəricilərlə bitirib. Bank aktivlərini böyüdüb və yarım milyondan çox xalis mənfəət əldə edib.
“Günay Bank”a yeni sədr təyin edildi
10
sentyabr
11:11
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev