Sosial media üzərindən bir təxribatçı video yayılıb.
Həmin videonun rusca səsləndirməsinə görə, guya (indi təqdim etdiyimiz) bu video-parçanı Bakıda olan ermənilər çəkib, yayıblar. Əslində isə bunlar yalandır. Heydər Əliyev Mərkəzinin qarşısındakı görüntülər 2019-cu ilə aiddir. Təsvirdə görünən qırmızı və bənövşəyi ilbiz 2019-cu ilin may ayındakı təmir zamanı ərazidən götürülüb. Videoda aydın görünən qatar isə 2019-cu ilin iyununda fəaliyyətini dayandırıb. Ermənilərin Bakıdan çəkiliş etməsi də absurddur. Çünki sərhədlər bağlanandan ölkəyə heç bir turist gəlmir. Bu isə o deməkdir ki, hətta soyadı dəyişdirilmiş ermənilərin də Azərbaycana gəlməsi mümkünsüzdür.
Bundan başqa, ilk baxışdaca bilinir ki, video ayrı çəkilib; səs isə qapalı şəraitdə, qeyri-peşəkar tərəfindən videonun üstünə vurulub. Səsləndirilən qısa mətndə erməni həyasızlığı və xəstə iddialar öz əksini tapıb. Video-səsləndirmədə Azərbaycan və Bakı bütövlükdə qədim Ermənistan ərazisi kimi təqdim olunur. Səsləndirmənin mabədində isə ölkəmizin hüquq -mühafizə və xüsusi xidmət orqanlarına mesaj yer alıb. Guya onlar ayıq-sayıq deyillər və ermənilərin sərbəst şəkildə Bakıya gedib-gəlmələrindən xəbər tuta bilmirlər.
Musavat.com bildirir ki, bu iddialar da yalandır. Pandemiya müddətində, quru sərhədlərimizin bağlı, hava sərhədlərimizin məhdudlaşdırıldığı bir dönəmdə bədnam ermənilər haradan və necə Bakıya gələ, burada əylənib, sonra da əllərini, qollarını sallaya- sallaya geri dönə bilərlər? Bütün bunlar növbəti erməni yalanlarından, fırıldaqla rəy yaratmaq təşəbbüsündən başqa bir şey deyil.
Sonda, sözügedən videonu təqdim edirik.
Ermənilərin Bakı təxribatı - VİDEO
10
sentyabr
11:15
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev