Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN loqin üzərində yüklülük nəticəsində texniki problem yaranıb.
Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.
Xatırladaq ki, adıçəkilən ərazidə 18 binadan 815 mənzil satışa çıxarılacaq.
скачать dle 12.1