Azərbaycan parlamentinin deputatı Asim Mollazadə İranda rejimə qarşı etirazlarda iştirak etdiyinə görə edam cəzasına məhkum edilən dünya çempionu Navid Əfkarinin müdafiəsinə qalxıb.
Bu haqda deputat İsrailin "The Jerusalem Post” qəzetinə danışıb.
Asim Mollazadə qəzetə göndərdiyi yazılı açıqlamasında bildirib ki, Tehran hakimiyyəti rejimin korrupsiyasına qarşı dinc etirazlarda iştirak etdiyi üçün güləş üzrə dünya çempionu Navid Əfkarini edam etməməlidir.
Asim Mollazadə
"Mən edam cəzasına qarşıyam və bizim ölkəmiz Avropa Şurasının üzvü kimi bu məsələdə Avropa standartlarına qoşulub. Totalitar rejimin qurbanları təkcə bu bədbəxt güləşçi və onun qardaşı deyil. Yüzlərlə azərbaycanlı öz doğma dillərini öyrənmək istədiyi üçün cəzalandırılıb. Mən sizə qoşuluram və Navid Əfkari üçün edam cəzasını rədd edirəm”, - Asim Mollazadə bildirib.
Deputat daha sonra əlavə edib ki, İran hər gün Ermənistana silah ötürür və nəticədə dinc azərbaycanlılar həlak olur.
"Mollazadə indi İran rejimini Əfkarinin edamından çəkinməyə çağıran britaniyalı, amerikalı və almaniyalı siyasətçilərə, partiyalara qoşulub. Əfkarinin iki qardaşı da İran rejiminə qarşı 2018-ci ildə baş vermiş etirazlarda iştirak etdiyi üçün həbs edilib və uzunmüddətli həbsə məhkum olunub. Mollazadənin bəyanatı ona görə mühümdür ki, Azərbaycan da İran kimi, əhalisinin əksəriyyəti şiələrdən ibarət olan dövlətdir, güləş isə bu ölkədə milli idman növüdür”,-qəzet yazır.
Navid Əfkari və qardaşları
İran rejimi Əfkarini qətldə günahlandırıb və ona iki edam hökmü çıxarıb. Qəzet habelə qeyd edir ki, Mollazadənin Demokratik İslahatlar Partiyası parlamentdə müxalifətdədir. Onun özü isə İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür.
Navid Əfkarinin edam edilməsinin qarşısını almaq üçün neçə vaxtdır beynəlxalq kampaniya gedir və ABŞ prezidenti Donald Tramp, Konqres üzvləri, avropalı siyasi xadimlər İran hakimiyyətini bu addımdan çəkinməyə çağırır.(Virtualaz.org)
Asim Mollazadə İranda edama məhkum edilən çempionu müdafiə etdi
10
sentyabr
00:14
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev