Bir neçə gün öncə səhiyyə naziri Teymur Musayev Azərbaycanda pandemiyanın sonuna doğru getdiyimizi bəyan etdi.
 
Bu barədə Modern.az-a danışan  "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının direktoru da pandemiya ilə bağlı səhiyyə naziri kimi  bənzər açıqlama verib.
 

 
Həkim də rəsmilərə istinad edərək, pandemiyanın sonun yaxınlaşdığı qənaətindədir:
 
“Bunu həm yoluxmaların sayındakı azalmadan, həm də xəstəliyin yüngül formadan keçirilməsindən müşahidə etmək olar. Artıq insanlar xəstəliyi hansısa əlamət olmadan da keçirirlər. Pandemiyanın bitəcəyi vaxtı demək mümkün deyil, bu ilin sonu və ya gələn ilin əvvəli ola bilər".
 
İnfeksionist bildirib ki, önümüzdə qış mövsümünün olması, qapalı yerlərdən daha çox istifadə xəstəliyi artıra bilər:
 
"Buna görə də diqqətli olmalıyıq. Vaksin vurdurmayanların isə peyvəndlənməsini tövsiyə edirəm. Vəziyyət stabil olsa da, ehtiyatı əldən verməməliyik. Karantinin ləğvi o zaman gündəm ola bilər ki, bu problem tamamilə həll olunsun. Qrip kimi önəmsiz xəstəlik olduğu zaman karantin qaydaları ləğv olunacaq".
скачать dle 12.1