Kürdəmir rayonunun Yenikənd kəndinin sakinləri aylardır su problemləri ilə üzləşiblər. DİA.AZ-ın məlumatına görə, bu barədə danışan kəndlilər deyirlər ki, su verilmədiyinə görə əkin sahələri, bağlarda ağaclar quruyub, yeganə gəlir mənbəyindən də məhrum olublar.
Kənd sakini Yadigar Təvəkkül qızı Kazımova deyib ki, su olmadığından illərlə çəkilən əziyyətlər məhv olur: “Yenikənd böyük kənddir. Kəndlilərin əsas dolanışıq mənbəyi əkin-biçin, təsərrüfatdır. Su olmayanda təsərrüfatla məşğul ola bilmirik. Mal-qara, toyuq-cücə də tələf olur”.
Kənddə yalnız suvarma deyil, içməli su problemi də var. Kənd sakinləri içməli suyu pulla alırlar: “Başqa qazanc yerim də yoxdur. Kimin imkanı, tanışı var, ona su tapılır. Mənim kimilərinin də bağında ağacları quruyub, illik məhsulu məhv olur”.
Şikayətçi deyib ki, artıq maşınla su almağa belə pul tapmır: “Bizim evdəki su çəninin tutumu azdır, hər həftə içməli suya 8 manat verirəm. Arxları qazıb, təmizləyirik ki, bəlkə su gələr. Suyu qənaətlə işlədirik, amma bir həftəyə güclə çatır. Axı heyvanları da alınan su ilə suvarırıq”.
Şikayətçi deyib ki, əvvəllər də ara-sıra su problemi olurdu, amma bu il vəziyyət kritik həddə çatıb. Kəndə bulaq çəkilib, amma bulaq və arxlar bütün kəndi əhatə etmir.
Adının açıqlanmasını istəməyən başqa bir kənd sakini deyir ki, təxminən 500 nəfərdən çox sakin su tapmır. Bu barədə dəfələrlə Kürdəmir Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə şikayət edilsə də, baxılmayıb.
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
12
sentyabr
09:16
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev