Oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransanın Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Çexiyanın Praqa şəhərində keçirilən görüşün məqsədi Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün münbit şəraiti təmin etməkdən ibarət idi. Görüşlər təxminən beş saatdan çox çəkdi. Məhz bu təmaslar nəticəsində bir sıra mühüm razılaşmalar əldə edildi. Bu görüşlərin nəticəsi olaraq dördtərəfli Birgə Bəyanat qəbul edildi.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, bu Bəyanatda ən vacib məsələlərdən biri hər iki dövlətin - həm Azərbaycanın, həm də Ermənistan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyün və suverenliyini tanıdıqlarını bəyan etmələridir. Eyni zamanda, iki dövlət arasında sərhədlərin müəyyən edilməsində bu prinsip əsas götürülür. Həmçinin ilk dəfə olaraq Azərbaycan və Ermənistan dövlətləri arasında sərhədlərin müəyyən edilməsi prosesinə dəstək məqsədilə Avropa İttifaqının mülki missiyası regiona gələcək. Onun əsas məqsədi Azərbaycan və Ermənistan dövlətləri arasında etimad mühitinin formalaşmasına kömək etmək, delimitasiya prosesi ilə bağlı görülən işlərin hesabatını hazırlamaqdır. Bu ay artıq onlar fəaliyyətə başlayırlar. Bu missiya iki ay müddətində həyata keçiriləcək. Bu da olduqca vacib məsələlərdən biridir.
O bildirib ki, bütövlükdə Praqa danışıqlarına Brüssel formatının davamı kimi qiymət vermək lazımdır. Həqiqətən də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsləri kifayət qədər uğurludur. O, dörd dəfə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşünü keçirib. Bu görüşlərdə çox mühüm irəliləyişlər əldə edilib. Bu görüşlər nəticə etibarilə sülh prosesinə təkan verir və sülh müqaviləsinin imzalanması imkanlarını xeyli artırıb.
“Avropa İttifaqı Azərbaycanın ən etibarlı və böyük ticarət tərəfdaşıdır. Azərbaycanın bu quruma üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq münasibətləri var. Eyni zamanda, nəqliyyat sahəsində əlaqələrimiz sürətlə inkişaf edir. Azərbaycanın coğrafi mövqeyi və infrastruktur imkanları Avropa üçün də olduqca əhəmiyyətlidir. Xüsusilə də Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kontekstində Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı üçün mühüm imkanlar pəncərəsi açılıb. Bütün sahələr üzrə qarşılıqlı anlaşma mühiti mövcuddur”, - deyə Milli Məclisin deputatı qeyd edib.
Elman Nəsirov vurğulayıb ki, Praqa görüşləri və onun nəticələri Azərbaycan diplomatiyasının mühüm uğuru, növbəti qələbəsidir. Prezident İlham Əliyev mahir diplomat kimi beş saatdan çox çəkən danışıqlar prosesində bütün təzyiqləri dəf edərək Azərbaycanın prinsipial mövqeyini qətiyyətli şəkildə müdafiə etdi. Əldə edilmiş razılaşmalar tam şəkildə Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət göstərir.
Deputat: Praqa görüşləri və onların nəticələri Azərbaycan diplomatiyasının mühüm uğurudur
10
oktyabr
13:35
Qarabağ
KOMMENTLƏR
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bu tarixdə imzalana bilər - RƏY
Deputat: Brüssel danışıqları və onun nəticələri Azərbaycanın mühüm diplomatik qələbəsidir
Şarl Mişel İlham Əliyevə zəng etdi
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı - İlkin razılıq + Yenilənib
İlham Əliyev Brüsseldən bütün dünyaya ELAN ETDİ: Ermənistan...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı