Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Bu, sayca ikinci görüş idi. Brüssel görüşünün nəticələri ilə bağlı Şarl Mişelin verdiyi bəyanatda aydın şəkildə göstərilir ki, bu, irəliyə doğru atılmış mühüm bir addımdır. Bir sıra vacib məsələlər üzrə konkret razılaşmalar var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.
“Əsas məsələ odur ki, hansı istiqamətdə razılaşmalar var? Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş nazir Nikol Paşinyan hansı prinsipial məsələlərdə ortaq mövqeyə gələ biliblər? Birincisi, Azərbaycan Ermənistan tərəfinə 5 baza prinsipi üzrə danışıqların aparılması və razılaşmanın əldə edilməsi ilə bağlı təkliflərini ünvanlayıb. Budəfəki Brüssel görüşündə danışıqlar məhz 5 baza prinsipi üzrə aparılıb. Sülh sazişinin bağlanmasında da məhz haqqında danışılan prinsiplər əsas götürülür. Bu, ilk növbədə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanıması ilə bağlı məsələdir. Yəni, Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı mövqeyi ilə bağlıdır. Bu istiqamətdə razılaşma əldə edilib. İndiyədək bu məsələ müzakirə olunurdu, amma konkret addım atılmırdı. İndi isə hər iki ölkənin Xarici İşlər nazirliklərinə tapşırılıb ki, onlar məhz sülh sazişinin hazırlanması ilə bağlı işə artıq başlasınlar. Bu isə artıq konkret nəticədir. Bundan başqa, görüşdə Azərbaycan və Ermənistanın siyasi liderləri razılığa gəliblər ki, hər iki dövlətin sərhədləri müəyyən edilsin, onların delimitasiyası ilə bağlı birgə sərhəd komissiyası yaradılsın. Aprelin sonunadək bu komissiyanın yaradılması prosesi başa çatsın”, - deyə Milli Məclisin deputatı qeyd edib.
O bildirib ki, eyni zamanda, danışıqlar prosesində əldə edilmiş növbəti razılaşma hər iki ölkə arasında nəqliyyat-kommunikasiyaların bərpası ilə bağlıdır. Dəmir yolu xətlərinin, avtomobil yollarının tikilməsi ilə bağlı da razılıq əldə edilib. Bu məsələ ilə bağlı əvvəllər də mövqelər yaxın idi, indi isə bir qədər də konkretlik əldə olunub. Görüş çərçivəsində əldə edilən razılaşmaya görə, Avropa İttifaqı ərazilərin minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi, onlar haqqında müfəssəl məlumatın verilməsi, onların kütləvi şəkildə dəfn olunduğu məzarlıqların tapılması, eyni zamanda, Qarabağda bərpa-yenidənqurma işləri ilə bağlı məsələlərdə Azərbaycana kömək göstərəcək.
“Bütün bunların yekunu olaraq qeyd edə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin müəyyən etdiyi Brüssel gündəliyi nəticə etibarilə postmüharibə dövründə regionda davamlı sülhün, əmin-amanlığın və təhlükəsizlik mühitinin formalaşmasına xidmət edir. Brüssel danışıqları və onun nəticələri birmənalı olaraq Azərbaycanın mühüm diplomatik qələbəsidir”, - deyə Elman Nəsirov vurğulayıb.
Deputat: Brüssel danışıqları və onun nəticələri Azərbaycanın mühüm diplomatik qələbəsidir
08
aprel
13:10
Qarabağ
KOMMENTLƏR
Deputat: Praqa görüşləri və onların nəticələri Azərbaycan diplomatiyasının mühüm uğurudur
Deputat: Brüssel görüşünün nəticəsi Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər
Brüsseldə Azərbaycan üçün mühüm razılaşmalar əldə olunub - Deputat detalları AÇIQLADI
Bu gün Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq
Danışıqların nəticəsi Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilə bilər - ŞƏRH EDİLDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı