Dövlət Təhlükəsizlik Xidməti sentyabrın 14-dən etibarən "TikTok” sosial şəbəkəsinə girişi məhdudlaşdırıb. Səbəb ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi daşıyan məlumatların yayılması olub.
Ötən gün "TikTok” sosial şəbəkəsindən istifadə ilə bağlı yeniliyin olması deyilsə də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bunu təkzib edib.
Qurumdan Baku.Ws-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə "TikTok” sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar tərəfindən ictimaiyyətə məlumat veriləcək.
Bəzi istifadəçilər üçün aylıq qazanc mənbəyinə çevrilən "TikTok”un bir müddətdir bağlı qalması həm dəstəklənir, həm də etirazla qarşılanır. Lakin istənilən halda azyaşlıların bu şəbəkədən nəzarətsiz istifadəsi böyük narahatlıq yaradır. Sosioloq Rəşad Əsgərov AzTV-yə bildirib ki, platformanın ən mənfi cəhəti dezinformasiyaların yayılmasıdır:
"Bəzi konkret qaydalar tətbiq olunmadığından azyaşlı uşaqlar və məktəblilər də "TikTok”dan istifadə edirlər. Sosial şəbəkələrə girişin qarşısını almaq üçün qanunvericiliklə məhdudlaşdırılmalıdır. Eyni zamanda yaş məhdudiyyətini özündə əks etdirən pasport və ya şəxsiyyət vəsiqəsi ilə qeydiyyat gündəmə gəlməlidir”.
Azərbaycanda “TikTok”a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? (VİDEO)
13
oktyabr
15:54
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev