2015-ci il martın 19-da qondarma “dqr müdafiə nazirliyi” Azərbaycan ordusunun gücləndirilmiş xüsusi təyinatlı qrupunun Gülüstan istiqamətində, Çaylı kəndi ətrafında erməni ordusunun postuna hücumu barədə məlumat yaydı.
Həmin məlumatda deyilirdi ki, səhər saat 08.0 radələrində başlayan hücum və daha sonra iki saata yaxın çəkən döyüş fəaliyyəti zamanı erməni tərəfi itki verib-hərbi qulluqçular Akob Xaçaturyan (1995), Eduard Ayrapetyan (1995) və Arşak Arutyunyan (1995) öldürülüblər. Daha 4 hərbi qulluqçu isə yaralanıb.
Bir neçə gün sonra-martın 26-da erməni tərəfi həmin döyüşdə yaralanan daha bir hərbi qulluqçunun Xankəndi hospitalında öldüyünü açıqlamışdı. Və erməni tərəfi iddia edirdi ki, onların köməyə gələn əlavə qüvvələri postdakı qüvvələrlə birlikdə Azərbaycan xüsusi təyinatlılarını təqib ediblər. Və Azərbaycan mövqeləri yaxınlığında “tam məhv ediblər”.
Həmin tarixdən 5 ildən çox keçmiş bu döyüşün iştirakçılarından biri, xüsusi təyinatlıların ehtiyata buraxılmış hərbi qulluqçusu Ülfət Həsənov əslində hadisələrin necə cərəyan etdiyini danışıb. Məlum olub ki, xüsusi təyinatlılarımız əslində həmin döyüşdə 4 yox, daha çox düşmən hərbçisini məhv edib.
Qəhrəman qazimizin YouTube kanallarından birində yerləşdirilmiş hekayətinə əsasən düşmənin ölən və yaralanan hərbçilərinin sayı 25-30 nəfər olub. Və Gülüstan meşələri qan gölünə dönüb, öldürülən düşmən hərbçilərinin qanı ağ qarı qırmızıya boyayıb. Döyüşdə Ü.Həsənov da ağır yaralanıb.
Düşmənə sarsıdıcı zərbə vuran 6 nəfərlik qrup yaralı Ülfətlə birlikdə geri çəkilib, onları həqiqətən köməyə gələn erməni xüsusi təyinatlıları təqib edib. Amma qondarma rejimin iddia etdiyi kimi, qrup məhv edilməyib və yaralılarla birlikdə düşmənin şiddətli atəşi altından çıxa bilib.(Yeni Sabah)
PİA.az qəhrəman qazimizin həmin döyüş hekayətini öz dilindən təqdim edir:
“Meşə qan gölünə dönmüşdü”: Qəhrəman qazinin son döyüşü - Video
14
sentyabr
11:47
Qarabağ
KOMMENTLƏR
Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Əsir götürülən komandirlə bağlı erməni açıqlaması
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
Bu gecə 10 erməni əsgəri yaralanıb: Birinin vəziyyəti ağırdır - Rəsmi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı