Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya aid torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi barədə informasiyalar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Daşqın Nəsirov tərəfindən Əzizəxanım Atayeva ilə Xumara Şabanova sağ olduları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələri və Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışının saxtalaşdırılaraq onlara məxsus torpaq sahələrinin qanunsuz satılması barədə müraciətlər əsasında Xəzər rayon prokurorluğunda araşdırma aparılır.
Araşdırmalarla 2019-cu ilin iyun-iyul ayları ərzində Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan Daşqın Nəsirovun Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələrini saxtalaşdıraraq həmin saxta sənədlərdən istifadə edib onlara vərəsəlik üzrə məxsus olan Türkan qəsəbəsində yerləşən torpaq sahələrini 13.07.2019-cu il tarixdə digər şəxsə ümumilikdə 44 min manata satmasına əsaslı şübhələr müəyyən edilib.
Fakt üzrə Xəzər rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluq: Saxta ölüm sənədi hazırlayan şəxslərə cinayət işi açılıb
15
sentyabr
15:03
Qarabağ
KOMMENTLƏR
Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü” - yeni adlar
Buzovnada torpaq sahəsinin zəbt olunması ilə bağlı DİN-dən AÇIQLAMA
Türkanda 2 ahıl qadını "öldürüb" torpaqlarını ələ keçirdilər - dəhşətli cinayətin izi ilə...
Azərbaycanda vəzifəli şəxslər saxlanıldı
Daha bir neçə vəzifəli şəxsə cinayət işi açıldı
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev