Gələn ilin büdcəsində ezamiyyə xərcləri üçün ayrılan 22 milyon manat kifayət deyil.
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
“Təklif edirəm ki, ezamiyyə xərclərinə yenidən baxılsın. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq aləmdə cəbhə açılıb. Azərbaycanın mövqelərini daha yaxşı ifadə etmək üçün xaricdə nümayəndələrimiz fəaliyyət göstərirdi. Lakin fəaliyyətimizi artırmaq və daha yüksək səviyyədə təşkil etmək üçün təklif edirəm ki, bununla bağlı xərclərə yenidən baxılsın”, - deyə komitə sədri bildirib.
Deputat Elman Nəsirov da hesab edir ki, ezamiyyə xərclərinin artırılmasına ehtiyac var: “Həmçinin Prezidentin qeyd etdiyi kimi türk dünyası təkcə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdən ibarət deyil, kənarda yaşayan soydaşlarımız da var. Onların hüquqlarının müdafiəsi məsələsi il bağlı vəsaitin ayrılmasının da büdcədə öz əksini tapması lap yerinə düşərdi”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, parlamentlə Maliyyə Nazirliyi arasında yaxşı əməkdaşlıq mövcuddur: “Ezamiyyə xərcləri büdcədə kifayət etməyəndə belə bu, işçi qaydada həll edilir. Bizim bu sahədə problemimiz mövcud deyil”.
Deputatlar ezamiyyə xərclərinin artırılmasını istəyiblər
11
noyabr
14:26
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev