Bakı şəhərində Koronavirus pandemiyasi ilə bağlı bir sıra məhdudiyyətlərin mövcudluğu şəraitində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri gündəlik olaraq paytaxt rayonlarında olur, əraziyə baxışlar keçirərək aşkar edilən nöqsanların aradan qaldırılması üçün yerli İcra Hakimiyyətləri nümayəndələri ilə birgə tədbirlər həyata keçirilir.
İcra Hakimiyyətindən verilən məlumata görə, həmçinin əməkdaşlar paytaxtın qəsəbə və yaşayış massivlərində karantin şəraitinin tələblərinə uyğun şəkildə əhali ilə görüşlər də keçirirlər:
“Görüşlərdə ərazidə mövcud olan nöqsanlar, onların aradan qaldırılması yolları, yeni işlərin görülməsi, qəsəbələrdə yeni abad həyət və məhəllələrin, parkların salınması və s. ilə bağlı suallar müzakirə edilir, sakinlər tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq onların həlli üçün müvafiq tədbirlər hazırlanır”.
Rəsmi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da son bir neçə gün ərzində paytaxtın müxtəlif qəsəbə və yaşayış massivlərində olub, buradakı vəziyyətlə maraqlanıb və sakinlərlə görüşüb.
Xəzər rayonunun Binə, Qaradağ rayonunun Lökbatan və Pirallahı rayonunun Pirallahı qəsəbələrindəki görüşlərdə vətəndaşları daha çox narahat edən məsələlər – məişət tullantılarının daşınması, qanunsuz tikintilərin aparılması və s. məsələlərə toxunulub, müraciət və təkliflər nəzarətə götürülüb.
Vəziyyətlə yerində tanışlıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud karantin qaydaları çərçivəsində Qaradağ və Xəzər rayonlarının İcra Hakimiyyəti Aparatlarında RİH əməkdaşları ilə keçirdiyi görüşdə ərazidəki vəziyyət, xüsusilə qanunsuz tikintilərlə bağlı konkret faktlar göstərib, cavabdeh şəxslər xəbərdarlıq edilib, 1 ay ərzində nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.
Eldar Əzizov bıldirib ki, ölkədə cənab Prezident tərəfindən aparılan islahatlar və korrupsiyaya qarşı tədbirlər daimidir və kompaniya xarakteri daşımır. Bakı Şəhər İcra Hakimiyyəti və onun strukturlarında nizam-intizam məsələlərinin daha da gücləndirilib, kadrların fəaliyyətinə və işlərə olan nəzarət artırılıb.
Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)
16
sentyabr
12:09
Qarabağ
KOMMENTLƏR
Eldar Əzizovdan Qaradağın icra başçısına töhmət verilməsinə — MÜNASİBƏT
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Eldar Əzizov koronavirusa görə Bakı meriyasına təcili yardım çağırdı - Foto
Rayon İcra Hakimiyyətinin başçısı 3-cü Alatavada sakinlərlə görüşüb
Eldar Əzizov sakinlərin probleminə görə Maştağaya getdi -
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev

