“Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında sahibkarların 2 195 layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında qeyd edib. Nazir qeyd edib ki, verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur.