Noyabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri kiçik çavuş Tağıyev Asif Zakir oğlunun və kiçik çavuş Tağıyev Ramid Yaqub oğlunun anım mərasimləri keçirilib. Şəhidlərin ildönümü günlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidlərin valideynləri, rayonun şəhid valideynləri, qazilər, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi yad edilib, dualar oxunub, məzarlarına güllər düzülüb.
Daşkəsən  Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov Şəhidlərin ailələrinə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və rayon ictimaiyyətinin adından bir daha başsağlığı verib, səbir diləyib. Həmçinin Şəhidlərin şərəfli həyatlarından və döyüş yollarından geniş söz açıb.
Şəhid Asif Tağıyevin anası Nəzakət Tağıyeva,  şəhid Ramid Tağıyevin anası Zərniyar Tağıyeva ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Elmar Əliyev – Vüqarlı 
Daşkəsən RİHBA-nın İctimai-siyasi və 
humanitar məsələlər şöbəsinin müdir müavini


скачать dle 12.1