PİA.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilә müqayisәdә qiymətlər 5,3 faiz artıb.
İdxal olunan mәhsulların qiymәt indekslәrinə gəldikdə isə, 2020-ci ilin iyul ayında bu mәhsulların dəyəri ötən ayla müqayisәdә 1,3 faiz artıb. Əvvәlki ilin müvafiq ayı ilә müqayisәdә 21,1 faiz, 2020-ci ilin yanvar-iyul aylarında 2019-cu ilin yanvar-iyul aylarına nisbәtәn isә qiymətlər 23,7 faiz bahalaşıb.
2020-ci ilin iyul ayında ixrac olunan mәhsulların qiymәt indeksi isə әvvәlki ayla müqayisәdә 106,3 faiz, əvvәlki ilin müvafiq ayı ilә müqayisәdә 84,3 faiz təşkil edib. 2020-ci ilin yanvar-iyul aylarında 2019-cu ilin yanvar-iyul aylarına nisbәtәn isә 73,7 faiz olub. Yəni, ixrac olunan məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrünə və ötən aya nisbətən azalıb və ya ucuzlaşıb.(oxu.az)

