Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhər 2 saylı uşaq bağçasının mövcud vəziyyətilə yerindəcə tanış olmaq məqsədilə əraziyə baş çəkib.
DİA.AZ xəbər verir ki, İcra Hakimiyyətinin başçısına bildirilib ki, Xırdalan şəhər 2 saylı uşaq bağçası uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Belə ki, sözügedən bina 1937-ci ildə 1 mərtəbəli məktəb binası kimi inşa edilib. Daha sonralar kitabxana kimi sakinlərin istifadəsinə verilib. 1960-cı ildən isə bağça binasına çevrilib. Hazırda 6 qruplu, 120 yerlik uşaq bağçası kimi fəaliyyət göstərir. Bu məktəbəqədər təhsil müəssisəsinin bir hissəsinin 2018-ci ildə təmir olunduğu qeyd edilərək digər hissəsində də təmir işlərinin aparılmasının vacibliyi bildirilib.
Bağçanın mövcud durumu ilə tanış olan İ.Gülməmmədova binada təmir işlərinin aparılması istiqamətində lazimi göstəriş və tapşırıqlarını verib.
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
16
sentyabr
22:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat